Bakı 22˚C Partly sunny

ABŞ-da təlim keçmiş minlərlə əfqan əsgəri İrana getdi - SENSASİON FAKTLAR

Gündəm 15:48 18 avq, 2022
ABŞ-da təlim keçmiş minlərlə əfqan əsgəri İrana getdi - SENSASİON FAKTLAR

Minlərlə əfqan əsgəri, o cümlədən ABŞ-da təlim keçmiş bir sıra elit əfqan komandoları İrana qaçdı.

 Qazet.az xəbər verir ki, bu sensasion fakt ABŞ Respublikaçılar Partiyasının Əfqanıstandakı müharibənin son günləri və Amerika qoşunlarının Kabildən xaotik şəkildə çıxarılması ilə bağlı hesabatında öz əksini tapıb.

ABŞ Konqresindəki Texas nümayəndəsi Maykl Makkol bildirib ki, bu qoşunlar ABŞ hərbi təlimatçılarının rəhbərliyi altında, bəzi hallarda isə ABŞ ərazisində döyüş hazırlığı keçib və “ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükə yarada bilər”.

Əfqan xüsusi təyinatlılarının əhəmiyyətli bir hissəsinin və 3000-ə yaxın əfqan təhlükəsizlik qüvvələrinin İran sərhədini keçdiyini qeyd edən respublikaçılar xəbərdarlıq edirlər ki, "Onlar İrana hərbi təlim və kəşfiyyat məlumatları ilə bağlı məxfi məlumatları açıqlaya bilərlər, çünki onlara yalnız ABŞ-ın hərbi taktikasını deyil, həm də hərbçilərin adları və rütbələri də məlumdur", - məlumatda deyilir.

Hesabatda həmçinin qeyd edilir ki, ABŞ hökumətinə əvvəllər yardım etmiş əfqanların təxliyəsi üzrə davam edən səylərdə “heç bir keçmiş əfqan hərbçisinə hələ xüsusi prioritet status verilməyib.

Öz növbəsində, keçmiş müdafiə katibi köməkçisinin müavini və Mərkəzi Kəşfiyyat İdarəsinin yarımhərbiləşdirilmiş zabiti Mik Mulroy deyib ki, Əfqanıstan komandoları və digər xüsusi təyinatlı qüvvələrinin başqa seçimi yoxdur və “Talibandan qaçmaq üçün yeganə yer İrandır”.