Bakı 14˚C Sunny

Adriana Lima qala gecəsinə yeni sevgilisi ilə çıxdı

Maraqlı 14:10 27 okt, 2021

Adriana Lima yeni sevgilisi ilə film festivalında diqqət çəkib

Adriana Lima qala gecəsinə yeni sevgilisi ilə çıxdı

Keçmiş məşhur top-model Adriana Lima bu il 78-ci Venesiya Film Festivalına yeni prodüser sevgilisi Andre Lemmerslə qatılaraq sevgisini elan edib.

Yeni sevgililər, ötən gün  birlikdə Los-Ancelesdə keçirilən "Last Night In Soho " filminin qala gecəsinə qatılıblar. 

40 yaşlı Adriana Lima bir çox qalalarda olduğu kimi qırmızı xalçanın da ən diqqət çəkən adlarından biri olub.

Braziliyalı model və Andre Lemmers obyektivlər qarşısında xoşbəxtlik pozaları verməyi də unutmayıblar. O, şəxsi “ İnstaqram” hesabında da qaladan paylaşımlar edib.

Qeyd edək ki, Limanın 2009-cu ildə serb basketbolçusu Marko Yariçlə evliliyindən iki qızı var. Lakin onların evliliyi uzun sürməyib. Həmin vaxt Yaric Limanı aldatdıqdan sonra cütlük yollarını ayırıb. 

Limanın türkiyəli yazıçı Metin Hara və iş adamı Emir Uyarla olan sevgisi ötən illər ərzində uzun müddətdir danışılırdı.