16 oktyabra olan hava PROQNOZU
Ekologiya09:4116 oktyabr, 2021

Bəzi ərazilərə yağış yağacaq

16 oktyabra olan hava PROQNOZU
Bizi-da oxuyun

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Fikriniz

      Cəmiyyət

      Hamısına bax