OPEC: "Qarşıdakı dövrdə neft ən çox istehlak edilən yanacaq olacaq"
Dünya18:4828 sentyabr, 2021

Bərpa olunan enerji mənbələrinin enerji istehlakındakı payı 2020-ci ildəki 2,5 faizə qarşı 2045-ci ildə 10 faizdən çox olacaq. 

OPEC: "Qarşıdakı dövrdə neft ən çox istehlak edilən yanacaq olacaq"
Bizi-da oxuyun

Uzaq perspektivdə dünyada bərpa olunan enerji mənbələrinin istifadəsi artsa da, ən geniş istehlak olunan yanacaq olaraq yenə də neft olacaq.

Qazet.az xəbər verir ki, belə bir qənaət OPEC-in bu gün dərc olunmuş “Dünya neft icmalı” (World Oil Outlook - WOO) adlı proqnoz hesabatında yer alır.

Hesabata görə, dünyada enerji daşıyıcılarının istehlakında neftin payı 2020-ci ildəki 30 faizdən 2025-ci ilədək 31 faizədək artacaq. Daha sonra isə alternativ enerji mənbələrinin geniş tətbiqi nəticəsində 28 faizədək azalacaq.

Bərpa olunan enerji mənbələrinin enerji istehlakındakı payı 2020-ci ildəki 2,5 faizə qarşı 2045-ci ildə 10 faizdən çox olacaq. Eyni zaman kəsiyində neftə olan gündəlik tələbat 82,5 milyon bareldən 99 milyon barelədək artacaq.

Neftə tələbatın həcmi 2020-ci ildəki 90,6 milyon bareldən 2026-ci ildə 104,4 milyon barelə çatandan sonra artım səngiyəcək, 2045-ci ildə isə 108,2 milyon barel təşkil edəcək. Tələbat artımının 80 faizi pandemiya ilə bağlı lokdaunlardan sonrakı dövrün, yəni 2021-2023-ci illərin payına düşəcək. 2026-2030-ci ilərdə artım orta hesabla 0,6 milyon barelədək, 2030-2035-ci illərdə isə 0,3 milyon barelədək səngiyəcək.

O cümlədən inkişaf etmiş ölkələr – OECD ölkələrində neftə gündəlik tələbatın həcmi 2023-cü ildə 46,6 milyon barellik pik nöqtəyə çatandan sonra 2045-ci ildə 34 milyon barelədək geriləyəcək. Əksinə, inkişaf edən ölkələrdə eyni müddət ərzində həmin göstərici 25,5 milyon barel artaraq 74,1 milyon barelə çatacaq.

Fikriniz