Bakı 7˚C Sunny

Artyom Dzyuba Türkiyə klubuna keçib

İdman 23:54 18 avq, 2022
Dzyuba Adanada
Artyom Dzyuba Türkiyə klubuna keçib

Rusiya millisinin futbolçusu Artyom Dzyuba Türkiyənin "Adana Demirspor" komandasına keçib.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Adana təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.

Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Artyom Dzyubanın son klubu ölkəsində "Zenit" olub.