Bakı 13˚C Cloudy

Şəhidin məzar daşına anasının da adı həkk olunub

Tarix 19:00 02 noy, 2021

Şəhidin məzar daşına anasının da adı həkk olunub

Şəhidin məzar daşına anasının da adı həkk olunub

İranda bir şəhid anası danışır ki, “Beheşt-e Zəhra” məzarlığında görürdüm ki, vəfat etmiş şəxslərin məzar daşında yalnız atalarının adı yazılıb.

Qazet.az bu barədə Fars xəbər agentliyinə istinadən xəbər verir. 

İranlı ana Məhəmmədin şəhid olmasından sonra atasına deyib: “Hər insan bir ata və bir ananın övladıdır. Nə üçün dünyadan gedən zaman məzar daşı üzərində yalnız atasının adını yazırlar? Bəs anasının payı necə olsun? 

Məhəmməd həm də mənim oğlum idi. Bəs gərək mənim adımı da məzar daşının üzərində yazsınlar."

Ata “Siz haqlısınız... ” deyə ana ilə razılaşır.

İndi Məhəmmədin məzar daşı bəlkə də yeganə məzar daşıdır ki, üzərində şəhidin atasının adından əlavə anasının adı da həkk olunmuşdur.