Bakı 23˚C Windy

1 ay ərzində bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Biznes 16:07 12 apr, 2022

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib

1 ay ərzində bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

2022-ci ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5%, əvvəlki ilin mart ayına nisbətən 116,8% təşkil edib.

Qazet.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.