Bakı 19˚C Mostly sunny

1-ci sinif şagirdinin koronavirusdan ölməsinə aydınlıq gəlib - AÇIQLAMA

Gündəm 17:46 19 okt, 2021

"O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”

1-ci sinif şagirdinin koronavirusdan ölməsinə aydınlıq gəlib - <span style="color:red">AÇIQLAMA</span>

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

İlkin məlumatlarda onun vəfat səbəbinin koronavirus olduğu bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qazet.az-a verilən açıqlamada isə onun ölüm səbəbinin MisC xəstəliyi olduğu bildirilib.  

"K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daxil olan Renat Quliyev MisC (Çox Sistemli İltihab Sindromu) xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub” - deyə məlumatda deyilir.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.