Bakı 26˚C Mostly sunny

1 noyabrdan bu köhnə smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq

Biznes 00:33 31 okt, 2021

Bu smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq

1 noyabrdan bu köhnə smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq

Whatsapp dünyanın ən məşhur messencerlərindən biridir və gün ərzində ondan milyonlarla istifadəçi istifadə edir. Lakin buna baxmayaraq yaxın zamanda sözügedən messencer bəzi köhnə smartfonlarda artıq çalışmayacaq. 1 noyabr tarixindən başlayaraq Android və iOS ilə çalışan bəzi köhnə smartfonlarda Whatsapp-ın dəstəyi dayandırılacaq. Bu isə öz növbəsində milyonlarla istifadəçini əhatə edəcək.

Bu cür qərarın səbəbi ondan ibarətdir ki, siyahıda olan smartfonlar artıq köhnəlmiş hesab edilir və onların dəstəklənməsi böyük resurslar tələb edir. Whatsapp son illərdə çoxlu sayda dəyişikliyə məruz qalıb və ona bir çox yeni funksiya əlavə edilib. Köhnə smartfonlar isə həmin funksiyaları dəstəkləmə qabiliyyətinə sahib deyillər. Bundan əlavə olaraq bu məsələdə təhlükəsizlik faktoru da var. Belə ki, köhnə smartfonlarda təhlükəsizliyin təmin olunması prosesi də çox qəlizdir. 1 noyabr tarixindən Whatsapp dəstəyini itirəcək smartfonların siyahısı aşağıdakı kimidir:

Samsung:

- Galaxy Trend Lite

- Galaxy S2

- Galaxy Trend 2

- Galaxy S3 mini

- Galaxy Core

- Galaxy Xcover 2

- Galaxy Ace 2.

LG:

- Lucid 2

- Optimus L5 double

- Optimus L4 II Double

- Optimus F3Q

- Optimus F7

- Optimus F5

- Optimus L3 II Double

- Optimus F5

- Optimus L5

- Optimus L5 II

- Optimus L3 II

- Optimus L7

- Optimus L7 II Double

- Optimus L7 II