Bakı -2˚C Showers

10-dan çox italyanlı xəstəxanalıq oldu - SƏBƏB

Hadisə 05:27 08 okt, 2022
10-dan çox italyanlı xəstəxanalıq oldu - SƏBƏB

Göyərti satıcısının ispanaqla zəhərli mandraqoranı qarışıq salması 10-dan çox italyanı xəstəxanalıq edib. Hadisə Neapol yaxınlığında Pozzuoli şəhərində baş verib.

Qazet.az xəbər verir ki, qurbanlar zəhərli bitkini evlərinin yaxınlığındakı kiçik tərəvəz dükanından alan sakinlərdir. Bitkidən istifadə etdikdən sonra onlarda hallüsinasiyalar, qarın ağrısı və əhvalın kəskin pisləşməsi baş verib, bu səbəbdən onlar tibbi yardıma müraciət etməli olublar.

12-85 yaşlarında olduqları bilinən zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Kütləvi zəhərlənmənin səbəblərini araşdıran polislər Neapol mağazalarında bir neçə partiya zəhərli göyərti aşkarlayıblar. Potensial təhlükəli daşımaları müəyyən etmək üçün onlar tədarük zəncirini izləməli olacaqlar.

Təcili yardım işçilərinə yeni xəstələrin gəlişi ilə bağlı xəbərdarlıq edilib.

10-dan çox italyanlı xəstəxanalıq oldu - SƏBƏB