Bakı -1˚C Windy

10 dəqiqə ərzində virusları aşkar edən maska ​​hazırlandı

Gündəm 18:22 23 sen, 2022
10 dəqiqə ərzində virusları aşkar edən maska ​​hazırlandı

Tonji Universitetinin bir qrup çinli alimi virus infeksiyasını 10 dəqiqə ərzində aşkar edə bilən maska ​​hazırlayıb.

Qazet.az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

COVID-19 və qripə səbəb olan tənəffüs yoluxucu patogenlər yoluxmuş insanlar danışarkən, öskürəndə və ya asqırarkən buraxdıqları kiçik damcılar və aerozollar vasitəsilə yayılır.

Yeni bioelektron maska ​​qrip və koronavirus da daxil olmaqla ümumi tənəffüs yoluxucu virusları aşkarlaya və sonra mobil cihazları vasitəsilə istifadəçiləri xəbərdar edə bilər.

Qeyd olunur ki, yüksək həssas maska ​​0,3 mikrolitr həcmli maye nümunələri və millilitrdə 0,1 femtoqram olan ultra aşağı konsentrasiyaya malik qaz nümunələri ölçə bilir.