10 erməninin azad edilməsini alqışlayırıq - Mişel
Gündəm
14:58 19 dek, 2021
Əsirlərin azad edilməsi Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir

Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq.
Qazet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel Tvitter hesabında paylaşım edib.
"Əsirlərin azad edilməsi Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir. AB tərəfi saxlanılanların İrəvana transferini həyata keçirib", - Mişel bildirib.