"10 milyon ukraynalı işıqsız qalıb" - Zelenski
Gündəm
10:10 16 noy, 2022
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının enerji infrastruktur obyektlərinə endirdiyi kütləvi raket zərbələrindən sonra on milyona yaxın ukraynalının işıqsız qaldığını bildirib.
Qazet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın bir çox şəhər və vilayətlərində yenidən fövqəladə elektrik enerjisi kəsilib. Bu səbəbdən 10 milyona yaxın vətəndaş işıqsız qalıb.
"Ən çox ... Xarkov, Jitomir, Kiyev və Lvov vilayətlərində", - Zelenski vurğulayıb.
Bundan əvvəl Ukrayna prezidenti bildirib ki, noyabrın 15-də ölkə ərazisinə 85 raket zərbəsi endirilib və bu zərbələr əsasən enerji infrastrukturu obyektlərinə düşüb.