Bakı 5˚C Intermittent clouds

10 ölkənin donanması Koreyada təlimə başladı

Gündəm 06:23 05 okt, 2022
10 ölkənin donanması Koreyada təlimə başladı

ABŞ və Böyük Britaniya da daxil olmaqla on ölkənin donanması oktyabrın 4-də Cənubi Koreyanın Pohanq sahillərində, Yaponiya dənizində çoxtərəfli mina əleyhinə təlimə başlayıb.

Qazet.az “Ryonhap”a istinadla xəbər verir ki, 2016-cı ildən keçirilən bu illik təlimlər oktyabrın 12-dək davam edəcək.

Təlimlərin məqsədi ABŞ-ın rəhbərlik etdiyi qondarma “BMT komandanlığı” altında döyüş əməliyyatlarının şəraitinə uyğunlaşma istiqamətində əməkdaşlığı gücləndirməkdir.

Xatırladaq ki, komandanlıq Koreya müharibəsi zamanı amerikalılar tərəfindən yaradılıb, lakin BMT-nin daimi mandatı yoxdur. Şimali Koreya dəfələrlə dünya təşkilatının diqqətini ona yönəltməyə çalışıb və Koreyadakı “BMT komandanlığının” ləğvini tələb etsə də, bu, eşidilməyib.

Yaponiya dənizində keçiriləcək təlimlərdə Cənubi Koreya 3 min tonluq minaatan və 700 tonluq minaaxtaran, P-3 dəniz kəşfiyyat təyyarəsi və UH-60 helikopterləri də daxil olmaqla səkkiz gəmini yerləşdirəcək. Sualtı minaların axtarışı üçün ABŞ tərəfindən iki minaaxtaran gəmi və helikopter göndərilib. Hazırkı təlimlər KXDR-də keçirilən raket sınaqları fonunda keçirilir.