Bakı 25˚C Partly sunny

10 yaşlı uşaq ötən il 30 milyon dollar qazanıb - VİDEO

Maraqlı 13:34 29 noy, 2021

“Forbes” jurnalına düşən 10 yaşlı Rayan ötən il 30 milyon dollar qazanıb

10 yaşlı uşaq ötən il 30 milyon dollar qazanıb - <span style="color:red">VİDEO</span>

10 yaşlı uşaq keçən il YouTube kanalına görə  30 milyon dollar qazanıb.

Qazet.az xəbər verir ki, 3 il ard-arda YouTube-dan yüksək gəlir əldə edən Rayan Kajinin cəmi 10 yaşı var və kanalında 27 noyabr tarixinə görə, 48,856,878,539 baxış olub.

Rayanın əsas gəliri markalarla bağladığı müqavilələr əsasında götürdüyü reklamlardır. Hazırda Rayanın (əsasən valideyinlərinin) bağladığı müqavilələr əsasında 30 ölkədə 1600-dən çox məhsula öz adını verib. Bu məhsullara idman ayaqqabısı, pijama, Roblox oyunu, kətanlar, saatlar, idman malları, su şüşələri, mebel, diş pastası və əlbəttə ki, oyuncaqlar daxildir. 

Qeyd edək ki, Rayanın YouTube-dakı videolarından əlavə, iki “Emmy” mükafatına namizəd olan "Ryan's Mystery Playdate" və "Super Spy Ryan" (Super Agent Ryan) iki ayrı kanalda yayımlanıb.