Bakı 2˚C Cloudy

İlk zirehli dinozavrların qalıqları tapıldı

Maraqlı 15:30 15 avq, 2022

Dinozavrın Yer kürəsində sonuncu dəfə dolaşmasından 100 milyon il keçib

İlk zirehli dinozavrların qalıqları tapıldı

Tədqiqatçılar Argentinada ilk zirehli dinozavrların qalıqlarını tapıblar. 

Qazet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Jakapil" adlı dinozavrın qısa dimdiyi və boynundan kürəyinə və quyruğuna qədər uzanan sümüklü disk formalı zireh sıraları olduğu bildirilib.

Bu kəşf Argentinanın Feliks de Azara Təbiət Tarixi Fondunun paleontoloqları tərəfindən edilib. Komanda Pataqoniyanın şimalındakı Rio Neqro əyalətində Jakapilin qismən qalıqlarını aşkar edib.

Tədqiqat qrupunun rəhbəri, paleontoloq Sebastián Apesteguía bildirdi ki, “Jakapil” qədim tireofora növüdür, lakin tapılan qalıqlar 97 milyon ilə 94 milyon il əvvələ aiddir. Çilili paleo rəssam və Rio Neqro Milli Universitetinin paleontologiya tələbəsi Qabriel Díaz Yanten kompüter rekonstruksiyası ilə bu qədim növün sağ ikən necə göründüyünü formalaşdırıb.

Paleontoloqların hesablamalarına görə, dinozavrın Yer kürəsində sonuncu dəfə dolaşmasından 100 milyon il keçib.

100 milyon yıl önce yaşamış dinozor kalıntıları bulundu