100 minə yaxın toyuq məhv ediləcək
Gündəm
11:09 10 yan, 2023
Yaponiyanın Miyazaki prefekturasında yeni quş qripi epidemiyasının yayılması üzündən, təxminən, 100 min toyuğun məhvinə başlanılıb.
Qazet.az xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, ötən gün Kavaminami şəhərində yumurta istehsalı üzrə toyuq fermasının işçiləri ölü toyuqlar aşkar ediblər. Genetik analiz toyuqlar arasında quş qripinin yüksək patogenli ştamının yayıldığını təsdiqləyib.
Nəticədə fermanın ətrafında 3 kilometr radiusda toyuq və yumurtaların daşınması üçün karantin tətbiq edilib. Üstəlik, 10 kilometrlik zonadan toyuq və yumurta ixracı qadağan edilib.
Xatırladaq ki, bu mövsüm (son epidemiya da daxil olmaqla) Yaponiyada quş qripi səbəbindən 10 milyon toyuq öldürülüb.