11 noyabr dünya tarixində
Maraqlı
11:00 11 noy, 2021
Ən mühüm tarixi hadisələr
Dünyada müxtəlif illərdə baş vermiş ən mühüm tarixi hadisələri təqdim edirik:
- 1480 — Uqra görüşü başa çatmışdır.
- 1887 — Çikaqoda partlayış törətməkdə təqsirli bilinən anarxist hərbçilər edam edilmişlər. Bu gün tarixə "Qara Cümə" adı ilə daxil olmuşdur.
- 1889 — Vaşinqton ABŞ-ın 42-ci ştatı olmuşdur.
- 1909 — Amerika Birləşmiş Ştatlarının Perl-Harbor hərbi-dəniz bazasının inşasına başlanılmışdır.
- 1918 — Birinci dünya müharibəsi başa çatmışdır.
- 1938 — İsmət İnönü Türkiyə prezidenti seçilmişdir.
- 1942 — Müttəfiqlər tərəfindən Şimali Afrikada hərbi cəbhənin açılmasına cavab olaraq Faşist Almaniyası Fransanın cənub hissəsini işğal etmişdir.
- 1965 — Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya birtərəfli qaydada müstəqilliyini elan etmişdir.
- 1971 — Amerika Birləşmiş Ştatları Okinava adasını Yaponiyaya qaytarmışdır.
- 1973 — Misir və İsrail arasında sülh bağlanmışdır.
- 1976 — Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzalamışdır.