Bakı 23˚C Windy

Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq

Biznes 18:37 23 fev, 2022

Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 20 vaqonun istehsalı ilə bağlı müqaviləmiz var

Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq

“Bakı Metropoliteni” QSC bu il Rusiyadan alacağı 4 yeni qatar (20 yeni vaqon) avqust ayında xəttə buraxılacaq.

Bu barədə mediaya qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 20 vaqonun istehsalı ilə bağlı müqaviləmiz var. İyun ayında bu istehsal başa çatdırılacaq. Yəqin ki, avqust ayında biz həmin qatarları istismara verəcəyik”, - deyə o, qeyd edib.