Bakı 9˚C Windy

12 gün fasiləsiz dövrə vuran qoyunların sirri çözüldü - VİDEO

Maraqlı 02:10 24 dek, 2022
12 gün fasiləsiz dövrə vuran qoyunların sirri çözüldü - VİDEO

Çində 12 gündür dövrə vuran qoyun sürüsünün görüntüləri dünya rekordu qırarkən, müəmmalı hadisənin səbəbi ilə bağlı fərqli fikirlər də müzakirələrə səbəb olub. Qoyunların bu müəmmalı hərəkəti ilə bağlı diqqətçəkən fikir irəli sürülüb.

Qazet.az "HaberGlobal"a istinadən xəbər verir ki, Çinin Baotou şəhərində çəkilmiş video bütün dünyada böyük əks-səda doğurdu və qısa müddətdə milyonlarla insan tərəfindən izlənildi. Fermada lentə alınan və sosial mediada yayılan videoda qoyun sürüsü 12 gün fasiləsiz dövrə vurur. 
 

Yalnız soyadı açıqlanan fermer Miao bildirib ki, əvvəlcə bir neçə qoyun qayıtmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub. 

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də, heyvanların tamamilə sağlam olduğunun açıqlanması vəziyyətin sirrini daha da artırıb.