12 noyabr dünya tarixində
Maraqlı
12:49 12 noy, 2021
Bugün dünyada baş vermiş ən mühüm hadisələr
1604 — Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun Uaythol sarayında səhnəyə qoyulub.
1969 — Moskvaya səfər edən Cövdət Sunay, SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.
1979 — ABŞ səfirliyi əməkdaşlarının Tehranda girov götürülməsindən sonra prezident Cimmi Karter İran neftinə embarqo qoyub.
1800 — ABŞ prezidentlərinin iqamətgahı — "Ağ ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams oldu.
1982 — Yuri Andropov SSRİ rəhbəri seçilib.
1897 — İtaliya futbol klubu Yuventus yaradılıb.