Bakı 5˚C Intermittent clouds

12 yaşlı qızı bıçaqladılar

Hadisə 20:07 11 okt, 2022
12 yaşlı qızı bıçaqladılar

Rusiyada, Kostromada sinif yoldaşı 12 yaşlı qıza bıçaqla hücum edib, nəticədə qız ölüb. Çoxlu bıçaq xəsarətləri olan meyit bina girişində tapılıb.

Qazet.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional şöbəsindən məlumat verilib.

İdarədən bildirilib ki, oktyabrın 10-da axşam saatlarında məktəbli evə qayıtmayıb və şəhərdə onun axtarışına başlanılıb. Müstəntiqlər, polislər, "Liza Alert" dəstəsinin könüllüləri işə qoşulublar.

"Zərərçəkənin üzərində bıçaq xəsarəti olan meyiti yaşayış binasının girişində aşkar edilib. Aparılan ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri zamanı həmin yaranın qıza onun sinif yoldaşı tərəfindən vurulması müəyyən edilib. Hazırda müstəntiq və yetkinlik yaşına çatmayanlar bölməsinin əməkdaşları oğlanla danışırlar", - məlumatda deyilir.

Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi başlanıb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsinin rəisi və onun müavini cinayət yerinə gedib.