Bakı 15˚C Sunny

"Liverpul" yeni rekorda imza atıb

İdman 11:28 21 yan, 2022

Yurgen Kloppun baş məşqçi olduğu komanda buna Liqa Kubokunda finala yüksəlməklə nail olub

"Liverpul" yeni rekorda imza atıb

İngiltərənin "Liverpul" klubu yeni rekorda imza atıb.

Qazet.az xəbər verir ki, Yurgen Kloppun baş məşqçi olduğu komanda buna Liqa Kubokunda finala yüksəlməklə nail olub.

Yarımfinalın cavab oyununda "Arsenal"ı 2:0 hesabı ilə üstələyən Mersisayd təmsilçisi 13-cü dəfə finala adlayıb. Bu, turnir tarixində rekord göstəricidir. Komanda əvvəlki 12 həlledici qarşılaşmanın 8-də qələbə qazanıb, 4 dəfə isə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "Liverpul" və "Arsenal" arasındakı ilk yarımfinal görüşü qolsuz yekunlaşıb. "Liverpul" fevralın 27-də finalda "Çelsi" ilə üz-üzə gələcək.