14 sığorta agentinin lisenziyasının qüvvəsi bərpa edilib
Biznes
17:10 01 noy, 2022
Azərbaycan Mərkəzi Bankı 14 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini bərpa edib.
Qazet.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar oktyabrın 26-da, "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta agentlərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.