14 və 15 yaşlı 2 qız itkin düşdü
Gündəm
09:35 25 okt, 2022

Bakıda 14 və 15 yaşlı qızlar itkin düşüb.
Qazet.az xəbər verir ki, Yasamal rayon sakini, 2007-ci il təvəllüdlü Zilan Hətəmxanova yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan başqa Nərimanov rayon sakini, 2008-ci il təvəllüdlü Şəlalə Allahverdiyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.