“15 min fermer pay torpağına çıxarış ala bilməyib”
Gündəm
14:10 01 dek, 2022
Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq pay torpağının sənədləşdirilməsi nəzərdə tutulmuş 50 min fermerdən 15 mini çıxarış ala bilməyib.
Qazet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
“Hələ ki, 35 min torpaq sahibinə çıxarış verilib. Problemin tam həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə rübdə azı bir dəfə görüşürük”, - deyə o qeyd edib .