Bakı 27˚C Mostly sunny

15 yaşlı uşaq balıqdan zəhərləndi

Cəmiyyət 12:29 15 iyl, 2022

O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

15 yaşlı uşaq balıqdan zəhərləndi

Şabran rayonunda 15 yaşlı oğlan hisə verilmiş balıqdan zəhərlənib.

Bu barədə Qazet.az-a Kliniki Tibbi Mərkəzin Mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, iyulun 5-də qida zəhərlənməsi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilən 15 yaşlı Vüsal Mirzəgülov çoxsaylı tibbi müdaxilə və müalicələrdən sonra sağlamlığına qovuşub. 

"O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, müalicələr nəticə verməyib. Yeniyetmə ağır vəziyyətdəTəcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib və süni tənəffüz aparatına qoşulub. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkündür. Hazırda uşağın vəziyyəti stabildir",-E. Hidayətoğlu deyib.

Qeyd edək ki, hazırda 15 yaşlı Vüsal Mirzəgülovun xəstəxana şəraitində müalicəsi davam etdirilir.