Bakı 28˚C Intermittent clouds

150 helikopter Belarusla Ukrayna sərhədində - Foto

Gündəm 15:46 26 fev, 2022

Bunu “Maxar”ın peykdən çəkilmiş görüntülərində görmək olar

150 helikopter Belarusla Ukrayna sərhədində - Foto

Belarusun cənubunda Ukrayna ilə sərhəddən təxminən 32 km aralıda 150-yə yaxın helikopter və quru qoşunları yerləşir.

Qazet.az xəbər verir ki, bunu “Maxar”ın peykdən çəkilmiş görüntülərində görmək olar.

Xüsusilə helikopterlər Belarusun Xoyniki şəhəri yaxınlığındadır - burada 90-dan çox helikopter yolda dayanıb. Yerləşdirmənin uzunluğu 8 km-dən çoxdur.

Şəkillər həmçinin bölgədə konvoy halında bir neçə yüz avtomobillə böyük quru qüvvələrinin yerləşdiyini də göstərir.

Qeyd edək ki, Rusiya qoşunları Ukraynaya həmçinin Belarus ərazisindən də daxil olub. Müharibə başlamazdan əvvəl Rusiya və Belarus hərbçiləri birgə təlimlər keçirib.