Bakı 3˚C Sunny

16 nəqliyyat vasitəsi özəlləşdirilib

Biznes 16:55 18 okt, 2022
16 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Qazet.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Satılan avtomobillər əsasən Amerika istehsalıdır və buraxılış tarixi 1999-2013-cü illər arasında dəyişir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32Q6KG )

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərrac 25 oktyabr tarixində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.