Bakı -9˚C Showers

166 nəfər niyə toya buraxılmadı?

Cəmiyyət 15:33 20 noy, 2021

 Bakı şəhərində və respublika ərazisində monitorinqini həyata keçirilib

166 nəfər niyə toya buraxılmadı?

Noyabrın 19-da Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Qazet.az-a verilən məlumata görə, monitorinqlər DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə səkkiz nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.