Bakı 2˚C Intermittent clouds

18 dəqiqədə Rusiyanın 4 helikopteri MƏHV EDİLDİ

Gündəm 17:40 12 okt, 2022
18 dəqiqədə Rusiyanın 4 helikopteri MƏHV EDİLDİ

12 oktyabr saat 8.40-dan 8.58-dək Ukraynanın cənubunda Silahlı Qüvvələrin hava əleyhinə raket bölmələri Rusiyanın ən azı dörd hücum helikopterini (Ka-52) məhv edib.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin məlumata görə, işğalçılardan azad edilmiş əraziyə bir helikopter düşüb, qalanları toqquşma xəttindədir.

Qeyd olunub ki, təsdiqlənmiş vurulan helikopterlərin sayının artma ehtimalı yüksəkdir.