18 oktyabr iş günüdür? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
09:34 16 okt, 2021
18 oktyabr iş günü olan bayram sayılacaq
"Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq".
Qazet.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib.
O xatırladıb ki, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
"Həmin günlər hər il bayram kimi qeyd olunacaq", - bildirib.