Bakı 22˚C Sunny

2,5 milyondan çox vətəndaş Ukrayna ərazisini tərk edib - Səfir

Gündəm 12:50 12 mar, 2022

Ukrayna səfirliyi təxliyə ilə bağlı problemlərin həlli üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir

2,5 milyondan çox vətəndaş Ukrayna ərazisini tərk edib - Səfir

Ukrayna səfirliyi təxliyə ilə bağlı problemlərin həlli üçün Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq edir.

Bunu jurnalistlərə açıqlamasında Ukraynanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski deyib.

Kanevskinin sözlərinə görə, statistika göstərir ki, 2,5 milyondan çox vətəndaş Ukrayna ərazisini tərk edib.

“Bundan əlavə, 2 milyona yaxın vətəndaş faktiki olaraq yaşadığı yeri tərk edib. Onlar əsasən, Qərbi Ukraynada məskunlaşdırılıblar”, - diplomat bildirib.(trend)