2 helikopter toqquşdu - Ölən və yaralananlar var
Gündəm
10:45 04 yan, 2023
Avstraliyanın Meyn-Biç sahillərində iki helikopter havada toqquşub.
Qazet.az "ahaber.com"a istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.
Qəzanın səbəbi hələ müəyyən edilməsə də, hadisə şahidləri faciəni təsvir ediblər.
Şahidlərin sözlərinə görə, qəzada ölən və yaralananların hamısının eyni helikopterdə olub. Digər helikopterin isə uğurla eniş etdiyi bildirilib.