Bakı 9˚C Windy

2 piyadanı avtomobil vurdu

Hadisə 14:21 07 yan, 2023
2 piyadanı avtomobil vurdu

Gəncə şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qazet.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2004-cü il təvəllüdlü G.Osmanova və onun həmyaşıdı R.Məmmədovanı avtomobil vurub.

Onların hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.