2 uşaq qripdən dünyasını dəyişib
Avstriyada 2 uşaq qrip səbəbiylə dünyasını dəyişib.
Qazet.az "trthaber.com"a istinadən xəbər verir ki, ölkənin 3-cü ən böyük xəstəxanası sayılan Linzdəki Kepler Universitet Klinikası tərəfindən edilən açıqlamada xəstəxananın qrip və buna bənzər xəstəliklər səbəbiylə artdığı, bəzi xəstələrin isə reanimasiya şöbəsində müalicə olunduğu bildirilib.
Açıqlamada COVID-19, həmçinin qrip və RSV adlı tənəffüs yoluxucu virusa görə səhiyyə sistemində ciddi intensivliyin olduğu qeyd edilib.
Qrip və onun törəmə xəstəliklərinin bəzi uşaqlarda ağır keçdiyi və müxtəlif xəstəliklərə səbəb ola biləcəyi vurğulanıb, qripdən 2 uşağın həyatını itirib, vəziyyəti ağır olan 2 uşağın isə reanimasiyada müalicə olunduğu bildirilib.
Mütəxəssislər valideynlərə uşaqlarını qripə qarşı peyvənd etməyi tövsiyə edib, apteklər COVID-19, qrip və RSV virusunu yoxlamaq üçün test təklif etməyə başlayıblar.