Ronaldo sevgilisinə 2.6 milyonluq hədiyyə aldı - FOTO
Maraqlı
17:36 20 okt, 2021
Ronaldo sevgilisinə aldığı hədiyyə ilə dünya gündəminə gəlib

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo növbəti dəfə sevgilisi Corcina Rodriqesə aldığı hədiyyə ilə gündəmə gəlib.
Qazet.az “Dailymail”ə istinadən xəbər verir ki, Ronaldo bu dəfə C.Rodriqesə zinət əşyalarını qoyması üçün 2.6 milyon funtluq böyük çanta alıb.
Hədiyyəsinin fotosunu “İnstaqram”da paylaşan Rodriqes Ronaldoya təşəkkür edib.


