Bakı 7˚C Sunny

2022-ci ilin ən yaxşı qapıçıları

İdman 10:15 05 yan, 2023
2022-ci ilin ən yaxşı qapıçıları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.

Qazet.az IFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, Argentinanın "Rosario Sentral" klubunda çıxış edən Qaspar Servio 4 qola imza atıb.

31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.

IFFHS-ın versiyasına əsasən, Belçika millisinin və İspaniya "Real Madrid"inin qapıçısı Tibo Kurtua 125 xalla ilin ən yaxşısı adına layiq görülüb.