Bakı 2˚C Sunny

2022-ci ilin trend rəngi 

Maraqlı 13:10 13 dek, 2021

Dizayn dünyasının hər il səbirsizliklə gözlədiyi Pantone rəngi "Very Peri" adı ilə işıq üzü görüb. 

2022-ci ilin trend rəngi 

Pantone 2020-ci ilin rəngi olaraq Klassik Mavini seçib.  
Qazet.az xəbər verir ki, dizayn dünyasının hər il səbirsizliklə gözlədiyi Pantone rəngi "Very Peri" adı ilə işıq üzü görüb.  

Hər il olduğu kimi mövcud rəng palitrasından bir rəng seçmək əvəzinə 2022-ci ilə aid yeni bir rəng istehsal edən Pantone bu rəngi PANTONE 17-3938 Very Peri adlandırdı. 2022-ci ilin rəngi "bütün mavi tonların ən xoşbəxti və ən istisi" olaraq təsvir edilmişdir.

Pantone-un 2022-ci il üçün ilin rəngi olaraq təqdim etdiyi “Very Peri” , "gələcək üçün yeni bir işığın əlaməti" olaraq xarakterizə edildi. 
Pantone 2022-ci il üçün yeni rəngini yaradıcı ruhumuzu canlandıran qayğısız özünə inamın ifadəsi kimi təqdim etdi. Dəyişən imkanlar mənzərəsini qəbul etməyimizə kömək üçün təqdim edilən təzə rəng yeni bir baxışa sahib olmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci ilin rəngi olaraq birdən 2 rəng seçilib. Canlı sarı və boz 2021-ci ilin ən sevilən və istifadə edilən rəng birləşmələrindən biri olub.

Xüsusilə, boz 2022-ci ildə trend rənglərindən olacaq. Boz rəng həm dekorasiyada, həm modada, həm də dizaynlarda istifadə edilir.