Bakı 8˚C Showers

2023-cü il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Siyasət 11:26 18 noy, 2022
2023-cü il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Qazet.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.