2023-də bu ölkələr Aya səyahət edəcək
2023-cü ildə Rusiya, Hindistan və Avropa Kosmik Agentliyi Ay üzərində kosmik missiyalara başlayacaq.
Proses ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən bu yaxınlarda təşkil edilən “Artemida I” proqramına əsasən aparılacaq.
Həmin ölkələrdən biri olan Hindistan 2023-cü ilin iyun ayında Ayın səthini araşdırmaq üçün “Chandrayaan 3” proqramını işə salmağı planlaşdırır. Hindistan ilk dəfə 2008-ci ildə “Chandrayaan 1” ilə Aya səyahət edib.
Rusiya Ayın cənub qütbündən nümunələr toplamaq üçün planlaşdırdığı “Luna 25” missiyasını 2023-cü ilin iyulunda işə salacaq.
“SpaceX” şirkəti yaponiyalı milyarder Yusaku Maezava və digər səkkiz sərnişini 2023-cü ilin sonunda Ay ətrafında “DearMoon” səyahətinə aparmağı nəzərdə tutur. Bu, 100 nəfəri daşıya bilən ilk kosmik səyahət olacaq.
NASA-nın “Artemida II” adlı Ay missiyası 2024-cü ildə başlayacaq. Bunun ardınca Aya ilk qadın və ilk qaradərili kişinin 2025 və ya 2026-cı ildə enməsi planlaşdırılır.