2050-ci ildən sonra insanlar cinsi yolla çoxalmayacaq - ALİMLƏR
Maraqlı
08:14 16 sen, 2022
2050-ci ildə insanlığın çoxalma prosesi və seksə münasibət kökündən dəyişəcək.
Qazet.az xəbər verir ki, Stenford Universitetinin professoru Karl Dcerassi uşaq doğulunun təbii döllənmə ilə yox, daha çox süni mayalanma ilə olacağını bildirib.
Buna görə də cinsi əlaqəyə maraq azalacaq.
Sekslə məşğul olanlar bunu yalnız həzz üçün edəcək.
Gələcəkdə insanlar öz yumurtahüceyrələrini, biomaterialını dondurub, xüsusi laboratoriyalarda saxladıb, uşaq olduqdan sonra özləri sterlizasiyadan keçəcək.
Çünki insanlıq üçün vacib karyeya, iş olacaq. Onlar yaş, ailə, uşaq doğumu barədə düşünmək istəməyəcək.
Bu yolla abortlar da olmayacaq, uşaq insanın hazır olduğu vaxt, arzusu əsasında dünyaya gələcək.