Bakı 11˚C Cloudy

2074 nəfər təhsil tələbə kreditindən yararlanıb

Cəmiyyət 17:40 06 okt, 2022
2074 nəfər təhsil tələbə kreditindən yararlanıb

2022-2023-cü tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Qazet.az-a bildirilib ki, bu günə qədər 4609 nəfər kredit almaq üçün müraciət edib. Onlardan 1070 nəfərin müraciəti natamam olub. 715 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 384 nəfərin müraciətinə imtina cavabı verilib, 366 nəfərin müraciəti isə banka yönləndirilib.

2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 2074 nəfərə TTK verilib. Onlar arasından 743 nəfərin müraciəti sosial TTK, 1331 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.