Bakı 19˚C Intermittent clouds

“226 dövlət rüsumunun məbləğinə yenidən baxılır” - Maliyyə nazirinin müavini

Gündəm 14:41 01 noy, 2021

Bu barədə maliyyə nazirinin müavini Azər Bayramov söyləyib

“226 dövlət rüsumunun məbləğinə yenidən baxılır” - <span style="color:red">Maliyyə nazirinin müavini</span>

“Bütövlükdə büdcənin balanslaşdırılması üçün tələb olunan rəqəmə artıq çatmışıq. Bunun daxilində hansısa struktura yenidən baxmaq lazımdırsa, bunu etməyə hazırıq”.

Qazet.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır: “Onların hər biri üzrə qərar qəbul olunduğu dövrdən bu dövrə qədər olan müddətdə bəzilərində dəfələrlə, bəzilərində isə daha aşağı rüsumlar müəyyən etmişik. Elə hal yoxdur ki, biz inflyasiyadan yüksək rüsum müəyyən edək”.