Bakı -1˚C Partly sunny

235 milyon “Twitter” istifadəçisinin elektron ünvanları hakerlərin əlinə keçib

Xəbərlər 09:33 07 yan, 2023
235 milyon “Twitter” istifadəçisinin elektron ünvanları hakerlərin əlinə keçib

“235 milyon “Twitter” istifadəçisinin elektron ünvanları olan məlumat bazası hakerlərin əlinə keçib və haker saytlarında sərbəst şəkildə yayılır”.

Qazet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

Hələ 2021-ci ilin iyulunda hakerlər 5,4 milyon “Twitter” istifadəçisinin telefon nömrələri, elektron poçt ünvanları və hesab adlarından ibarət məlumat bazasını satmağa başlayıblar.

Bununla bağlı Avropa İttifaqında şəxsi məlumatların qorunması ilə bağlı Avropa qaydalarının pozulması faktı üzrə araşdırmaya başlanılıb.