Bakı 2˚C Mostly cloudy

235 milyon “Twitter” istifadəçisinin məlumatları hakerlərin əlinə keçdi – “Reuters”

Gündəm 05:15 07 yan, 2023
235 milyon “Twitter” istifadəçisinin məlumatları hakerlərin əlinə keçdi – “Reuters”

235 milyon “Twitter” istifadəçisinin e-poçt ünvanları olan məlumat bazası haker saytlarında sərbəst şəkildə yayılıb.

Qazet.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu, tarixdəki ən böyük sızmalardan biridir.

Məlumatın hansı yolla və nə vaxt hakerlərin əlinə keçdiyi hələlik bilinmir.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.