Bakı 24˚C Windy

24 ildə dəfələrlə bu ədalətsizliklə rastlaşmışam - İlham Əliyev

Gündəm 17:46 13 dek, 2021

“Dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam”

24 ildə dəfələrlə bu ədalətsizliklə rastlaşmışam <span style="color:red">- İlham Əliyev</span>

“Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünki idmanı siyasiləşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub”.

Qazet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

“Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya oyunlarında bizə qarşı olan ədalətsizliklə rastlaşmışam. Son olimpiya oyunları istisna deyil. Əlbəttə ki, biz səssiz qalmamalıyıq” - dövlət başçısı bildirib.