Bakı 12˚C Cloudy

25 nəfər qarda yıxılaraq xəsarət alıb - TƏBİB

Cəmiyyət 19:35 09 yan, 2023
25 nəfər qarda yıxılaraq xəsarət alıb - TƏBİB

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.

Bu barədə Qazet.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. 

Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. 

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.