27 yaşında ölən "narkotik şahzadəsi"nin həyatı film olacaq
Yaxın həftələrdə Uaynhausu canlandıracaq aktrisanın seçimləri başlayacaq
2011-ci ildə 27 yaşında dünyasını dəyişən məşhur müğənni Emi Uaynhausun həyatı film olacaq.
Qazet.az xəbər verir ki,"Back to black" adlı sənədli film "Bozun 50 çaları" filmi ilə məşhurlaşan rejissor Sem Taylor-Conson tərəfindən ekranlaşdırılacaq. Filmin ssenari Mett Qrinhalqa həvalə olunub. Yaxın həftələrdə Uaynhausu canlandıracaq aktrisanın seçimləri başlayacaq.
Layihə artıq 27 yaşında vəfat edən ifaçının atası Mitç Uaynkhaus tərəfindən bəyənilib.
Qeyd edək ki, dünyanın ən yaxşı qadın vokalçılarından biri hesab edilən Eminin 2006-cı ildə çıxan "Back to Black" albomu 5 Qremmi mükafatına layiq görülüb. Ona görə də "Ginnesin Rekordlar Kitabı"na 5 dəfə Qremmi mükafatı alan birinci britaniyalı kimi düşüb.
Qərb mətbuatının "narkotik şahzadəsi" adlandırdığı Emi Uaynhaus 2008-ci ildə xəstəxanaya düşüb və ona ciyər emfizeması diaqnozu qoyulub. 2011-ci ilin iyulun 23-də alkol zəhərlənməsindən ölüb.
Onu da qeyd edək ki, bu, Uaynhaus haqqında ilk belə layihə deyil. Onun taleyindən bəhs edən Asif Kapadianın lentə aldığı "Emi" sənədli filmi 2015-ci ildə "Oskar" mükafatına layiq görülüb. Lakin ekran işi mərhum ifaçının atası tərəfindən ciddi şəkildə tənqid olunmuşdu. O, filmdə qızının cani kimi göstərilməsindən şikayətçi idi.