28 May-Müstəqillik Günü, 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü oldu - QƏRAR
Gündəm
14:34 15 okt, 2021
Oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.
Qazet.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.